EN

Babək prospektindəki körpüdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

Nizami rayonu, Babək prospekti, (Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Chosen
25
apa.az

1Sources