Ukraynanın Odessa vilayətindəki İzmail limanı silsilə zərbələrdən sonra hərbi yüklərin qəbulunu dayandırıb. Bu barədə Ukraynadakı rusiyapərəst məxfi qrupun koordinatoru Sergey Lebedev öz Telegram kanalında məlumat verib.
“Nəhayət, liman fəaliyyətini dayandırıb . Elə anbarlar da var ki, məhv edilib, liman infrastrukturu dağıdılıb. Bu o deməkdir ki, bir neçə gün, bəlkə də həftələr liman hərbi yükləri qəbul etməyəcək”, - Lebedev bildirib.
Lebedevin sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin təchizatına və hərbi əməliyyatların gedişinə əhəmiyyətli dərəcədə təsir edəcək.
Oxuməni.az