EN

Antalyada 50 otel bağlanıb

Antalya hökuməti Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Türkiyə daxilində yoxlamalar çərçivəsində 50 oteli möhürləyib. Muratpaşa Bələdiyyəsinin sədri Ümit Uysal NTV telekanalına açıqlamasında xarici turistlər tərəfindən məşhur olan Kaleiçi rayonundakı otellər, o cümlədən fəaliyyət lisenziyasının olmaması səbəbindən pozuntulara görə bağlanıb.

"Biz yoxlamalar apararkən, xüsusilə də yanğın təhlükəsizliyinə riayət olunması məsələsi ilə bağlı bütün idarələrlə koordinasiyalı şəkildə işləyirik. Turizm Nazirliyinin yoxlamalarının nəticələrinə əsasən, 50 turizm obyektinin bağlanması barədə xəbərdarlıq etmişik", - deyə qurum rəsmisi bildirib.

Öz növbəsində, İstanbul valisi Davud Gül yerli prefektlərlə keçirdiyi görüşdə şəhərdə fəaliyyət göstərmək üçün lisenziyası olmayan bütün otellərin həftənin sonuna qədər bağlanacağını açıqlayıb: “Sabah deyilsə, cümə günü, o zaman şənbə-bazar günləri Turizm Nazirliyindən fəaliyyət üçün lisenziyası olmayan bütün otelləri bağlayacağıq”, - “Anadolu” agentliyi qubernatordan sitat gətirir.

Türkiyədə mehmanxanalarda yoxlamalar Turizm Nazirliyinin sərəncamı əsasında həyata keçirilir.

Əziz Mustafa, Oxuməni.az

Chosen
24
4
oxumeni.az

4Sources