EN

Mourinyonun köməkçisi: "Artıq “Pley-off” haqda düşünəcəyik"

Ötən gecə UEFA Avropa Liqasında Liqa mərhələsinin son turunda səfərdə Danimarka komandasına qalib gələ bilməyən "Fənərbağça"nın n baş məşqçisi Joze Mourinyonun köməkçisi Salvatore Foti jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Midtyulland"la 2:2 hesablı heç-heçə edərək pley-off mərhələsinə yüksəlmələrini əla oyunlarına bağlayıb: "Çox yaxşı komandaya qarşı əla performans göstərdik. Təsəvvür edin, ehtiyat oyunçular skamyasında nə yarımmüdafiəçi, nə müdafiəçimiz vardı. Ancaq komandamız arzuolunan nəticəni çox istədi və bunu bacardıq. Artıq “Pley-off” haqda düşünəcəyik".

O, əlavə edib ki, komandaya yeni oyunçular cəlb iolunacaq: "Mütləq fərqli və daha alternativ "Fənərbağça" formalaşacaq. İndiki kimi 14 futbolçudan ibarət heyət olmayacaq. Pley-offda daha çətin rəqiblər olacaq, amma bizim heyətin də alternativi olacaq".

Fərid ASLAN

MİA.AZ

Chosen
19
mia.az

1Sources