“Beşiktaş”da ayrılıq baş verib.

Offsideplus.az xəbər verir ki, Türkiyə nəhəngi Yan Onananı mövsümün sonunadək “Cenoa”ya icarəyə verib. Müqavilədə satınalma şərti də var.

Ötən mövsüm “Lans”dan 4 milyon avroya transfer edilen Onana, daha öncə Marsel “Olimpik”inə də icarəyə verilmişdi. O, “Beşiktaş”da 16 oyuna çıxıb.