EN

Xameneyinin yaşıl işığı

Fars-molla rejiminin ali rəhbəri Əli Xameneyinin ABŞ-la danışıqlara yaşıl işıq yandırmasından sonra bəzi rəsmilər “ədalətli danışıqlardan” söz açıblar.

Əvvəllər danışıqlara qarşı çıxan, Əli Xameneyinin ofisinə birbaşa tabe olan radikal “Keyhan” qəzeti yeni bir yanaşma sərgiləyərək, danışıqlardan əvvəl  “nüvə proqramı, proksi qruplara dəstək və təsirli silahların istehsalı” kimi mövzulara İranın öz daxilində aydınlıq gətirilməli olduğunu vurğulayıb.

Halbuki, bir gün əvvəl mühafizəkar qəzet İran və ABŞ arasında danışıqlar aparılması ilə bağlı, “Bəzi siyasi xadimlər bir tərəfdən ABŞ-nin İrandan tələblərini yalan hesab etmələrinə, digər tərəfdən isə zahirən Amerika hökumətini etibarsız adlandırmalarına baxmayaraq, İslam Respublikasına hərtərəfli razılaşma üçün bütün məsələlər üzrə danışıqlar aparmağı tövsiyə edirlər. Amerika bütün imkanlarından istifadə edərək istədiyini bizim əlimizlə tətbiq edəcək. Bu razılaşma yeni təzyiqlərin başlanması və ondan gələn təzyiqlərin həcminin artması üçün əsas olacaq. İranın hərtərəfli razılaşma tələbi əslində Amerikanın bütün qanunsuz tələblərinə boyun əyməkdir”, – deyə şərh etmişdi.

***

Nazirlər Kabinetinin iclasından sonra jurnalistin “Trampın İslam Respublikasına mümkün mesaj göndərib-göndərməməsi” ilə bağlı verdiyi sualı ayaqüstü cavablandıran prezidenti Məsud Pezeşkian “Bilmirəm, xeyr! Siz jurnalistlər daha məlumatlısınız” – deyib.

***

İranın xarici işlər naziri Abbas Araqçı media nümayəndəsinin “Trampın İrana danışıqlarla bağlı mesaj verib-vermədiyi” sualına cavab olaraq, “Danışıqlarla bağlı heç bir mesaj göndərilməyib və alınmayıb. Avropa ölkələri ilə danışıqlarımız davam edir və biz onların siyasətinə aydınlıq gəturilməsini və nəzərdən keçirilməsini gözləyirik”, – deyib.

“Danışıqların aparılmasına dair heç bir qərar yoxdur”, ­ deyən XİN rəhbəri yeni danışıqların mümkünlüyünə toxunaraq bildirib ki, İranın danışıqlar üçün şərtləri keçmişlə müqayisədə daha çətindir.

Eyni zamanda, Həmidrza Hacı Babayi kimi bəzi fundamentalist siyasətçilər ədalətli danışıqlara ehtiyac olduğunu vurğulayıblar.

Bəzi mənbələr, o cümlədən “Axios” nəşri İranın ABŞ-a mesaj göndərmək niyyətində olduğunu bildirib.

Bu xəbərləri təkzib edən İran xarici işlər naziri Abbas Araqçı və müavini Məcid Təxt-Rəvançı, hələlik heç bir mesaj mübadiləsi aparılmadığını vurğulayıblar.

***

İran parlamentinin sədr müavini Hacı Babayi mediaya xüsusi müsahibəsində deyib ki, Tehranın Amerika ilə heç bir düşmənlik və müharibə məqsədi yoxdur”.

“İran danışıqlara inanan ölkədir, biz “sionist rejimdən” başqa dünyanın istənilən ölkəsi ilə, hətta Amerika ilə də danışıqlara hazırıq”, – deyə, Babayi vurğulayıb.

Chosen
78
vaxt.az

1Sources