EN

Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə dünyada 27-cidir

Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatına əsasən, Ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdə qərarlaşaraq beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Hesabata əsasən qeyd olunub ki, Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə MDB dövlətləri arasında birinci yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com
Chosen
64
teleqraf.com

1Sources