EN

Paşinyanın arvadına görə 30 şahidə bildiriş göndərildi

Image

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iştirakı ilə "Tsitsernakaberd" memorial kompleksində baş verən insidentlə bağlı təxminən 30 şahidə bildiriş göndərib. Bu barədə "Joqovurd" qəzeti yazır. Qəzetin yazdığına görə, bildirişlərin bir çoxu İstintaq Komitəsinin hər gün dindirilməyə dəvət etdiyi "Milli Demokratik Qütb"ün üzvlərinə göndərilib. Müstəntiqlər "xain", "torpaqları təhvil verən" şüarları səsləndirən şəxslərin axtarışını davam etdirsələr də, tapa bilmirlər.

İnsidentdən sonra 7 nəfər saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 239-cu maddəsi (nifrət, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təbliği) ilə iş başlanıb. Hazırda təqsirli bilinən 67 yaşlı Tiqran Drmeyanın işi artıq məhkəmədədir.

Mətləb Salahov





Chosen
7
3
baki-xeber.com

4Sources