EN

Startaplar gənclərimizin inkişafında necə əhəmiyyət kəsb edir?- QHT sədrindən AÇIQLAMA

"Yurd" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov QHT.az-a verdiyi açıqlamada, beynəlxalq təhsildə, xüsusilə sitam əsaslı təhsil, Startaplar və sahibkarlıq istiqamətində bilik və bacarıqların inkişafının çox önəmli olduğunu vurğulayıb.

QHT sədri gənclərin natiqlik və özünüifadə bacarıqlarının artırılması istiqamətində debat mədəniyyətinin formalaşdırılmasının beynəlxalq təcrübədə daha geniş yayıldığını qeyd edib. O, həmçinin rəqəmsal platformaların inkişafının Azərbaycan gənclərinin intellektual inkişafını sürətləndirmək üçün vacib olduğunu bildirib:

"Hal-hazırda beynəlxalq təhsildə, ümumiyyətlə, beynəlxalq təcrübədə STEAM əsaslı təhsil, startaplar və sahibkarlıq istiqamətində bilik və bacarıqların inkişafı çox önəmlidir. Eyni zamanda, debat mədəniyyətinin formalaşdırılması, gənclərimizin natiqlik və özünüifadə bacarıqlarının artırılması istiqamətində beynəlxalq təcrübə daha geniş yayılır. Həmçinin, rəqəmsal platformaların inkişafı və bu istiqamətdə Azərbaycan gənclərinin intellektual inkişafını sürətləndirmək üçün məhz bu istiqamətlərdə daha çox layihə və tədbirlərin olması arzuolunandır. Bu, istedadlı gənclərin üzə çıxarılması və dünyada gedən proseslərlə ayaqlaşmaq baxımından onların bacarıqlarının artırılmasının çox önəmli olduğunu göstərir".

 

Pərvanə Fərhadqızı

 

 

Chosen
42
qht.az

1Sources