"Türkmənistan Hava Yolları" (“Turkmenistan Airlines”) aviaşirkəti Aşqabad-Moskva marşrutu üzrə uçuşların dayandırılma müddətini marta qədər uzadıb.
Bu barədə "İnterfaks" aviaşirkətə istinadən məlumat yayıb.
"Fevralda Moskvaya uçuşlar dayandırılıb", - aviaşirkətdən bildirilib.
Uçuşların dayandırılmasının səbəbləri açıqlanmayıb.
"Türkmənistan Hava Yolları" Moskva və Aşqabad arasında uçuşları ötən ilin sonunda dayandırıb. Reyslərin 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək dayandırılacağı bildirilmiş, qərarın səbəbləri isə açıqlanmamışdı.
Hazırda S7 Rusiya və Türkmənistan arasında müntəzəm uçuşlar həyata keçirən yeganə aviadaşıyıcıdır.
Daha əvvəl bir neçə xarici aviaşirkət dekabrın 25-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiyaya uçuşlarını ləğv etmişdi.