"Kəpəz" legioneri ilə yollarını ayırdı - FOTO
"Kəpəz" futbolçusu Viktor Braqa ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi qarşılıqlı razılıq əsasında braziliyalı vingerlə müqaviləyə xitam verib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Viktor Braqa "Kəpəz"ə 2024-cü ilin yayında transfer olunub. Onunla "1+1" illik müqavilə imzalanmışdı.