“YouTube”un ən məşhur məzmun istehsalçılarından biri olan MrBeast (Jimmy Donaldson) dünyanın ən böyük sosial media platformalarından biri olan “TikTok”u almaq üçün 20 milyard dollardan çox dəyərində təklif irəli sürüb.

İndex.az xəbər verir ki, Donaldson bu təklifi iş dünyasının önəmli adları ilə birlikdə hazırladığı konsorsium vasitəsilə edib.

Aşkar edilən məlumata görə, MrBeast “Roblox”un baş direktoru David Baszucki, “Employer.com”un qurucusu Cessi Tinsli və “Anchorage Digital”ın baş direktoru Nathan McCauley kimi adlarla birləşib. “Bloomberg”ə danışan Tinsley, onların təkliflərinin 20 milyard dolları keçən rəqiblərindən əhəmiyyətli dərəcədə yüksək olduğunu bildirdi.

Donaldson və komandası “TikTok”un ana şirkəti “ByteDance”in platformanı satmalı ola biləcəyini düşünərək bu addımı atdılar. ABŞ hökuməti Çində yerləşən “ByteDance”a “TikTok”dan imtina etmək və ya platformanı qadağan etmək üçün təzyiq göstərir. Prezident Donald Tramp “TikTok”un ABŞ-da qadağan edilməsi üçün əlavə 75 gün müddət vermişdi və bu prosesdən sonra alıcı tapmaq lazım gələcək.