Bakı. Trend:
Azərbaycana narkotik vasitə keçirməyə cəhd edən İran vətəndaşısərhəddə saxlanılıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təminedilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirlərinəticəsində yanvar ayının 28-də saat 04:15-də Dövlət SərhədXidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidmətiərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkəərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.
Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davametdirilir.