Xocalının Kosalar kəndindən məcburi köçkün düşən Nofəl Rzayev ailəsi ilə birlikdə 33 ildən sonra ana yurda dönür.
Bizim.Media-nın yerli bürosuna danışan NofÉ™l Rzayev qeyd edib ki, 1992-ci ildÉ™ Xocalının Kosalar kÉ™ndindÉ™n ailÉ™si ilÉ™ mÉ™cburi köçkün düşüb vÉ™ bu illÉ™rdÉ™ OÄŸuz rayonunda “AzÉ™rbaycan 60” adlı É™razidÉ™ müvÉ™qqÉ™ti mÉ™skunlaşıb.
Bu ailə də minlərlə digər məcburi köçkün ailəsi kimi çox əziyyətlərə qatlanıb, lakin qürurlarını sındırmayıb, ana vətənə dönmək arzusu ilə yaşayıb, övladlarını, nəvələrini bu ruhda böyüdüblər.
Nofəl kişi deyir ki, Xocalıdan gələndə dörd nəfər idik, indi maşallah olsun doqquz nəfərlə - bir ordu ilə qayıdırıq.
Oğuz caamatından ağız dolusu danışan, onlara evini verən, qucaq açan insanlara sonsuza kimi minnətdar qalacaqlarını deyən Nofəl bundan sonra onun Ballıcadakı qapısının bütün oğuzlular üçün açıq olduğunu səmimiyyəti ilə ifadə edib.
Nofəl Rzayev xatırladıb ki, qardaşı İldırım Rzayev Kosalar kəndi uğrunda gedən döyüşlərdən birində qəhrəmanlıqla şəhid olub. Ailənin qohumları, qonşuları sırasında da onlarla güllə-borana tuş gələn, vəhşicəsinə öldürülənlər olub. Lakin bu gün bütün şəhidlərin ruhu şaddır. Şəhid qardaşı ilə də qürur duyur. Çünki onların qanı bahasına torpaqlarımız işğaldan azad edilib, qazilərimizin qəhrəmanlığı nəticəsində ana yurda dönürlər.
Bu ailədə ən çox sevinənlər sırasında Nofəli Rzayevin nəvələri də var. Dünya 7-ci, Zəhra isə 5-ci sinifdə oxuyur. Hər iki bacı ata-baba yurduna dönəcəkləri xəbəri eşidən gündən həyəcan və sevinc içindədirlər.
Bacılar qonşu həmyaşıdları ilə sağollaşır və maşına doğru gedirlər.
Yeri gəlmişkən Rzayevlər ailəsini ərazidə yaşayan ailələr yola salmaq üçün yığışıb. Bir zamanlar qaça-qovla evlərindən çıxanlar indi sevinc və qürurla geri dönür. Qonşular da hərəsi bir rayondan, bir obadandır. Onlar da geri dönəcəkləri günü səbirlə gözləyir.
BelÉ™cÉ™, RzayevlÉ™r ailÉ™sinin 33 illik yurd hÉ™srÉ™ti baÅŸa çatır. NofÉ™l kiÅŸi üzünü qonÅŸulara tutaraq “SaÄŸ É™limiz sizlÉ™rin başına” deyir vÉ™ yola düzÉ™lirlÉ™r.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu