EN

Qızılağac, Şirvan və Ağgöl milli parklarında “açıq qapı” günü olacaq - RƏSMİ

2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac, Şirvan və Ağgöl milli parklarında “açıq qapı” günü olacaq.


Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və bu ərazilərin qorunması məqsədilə 1971-ci il fevralın 2-də Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.


Qeyd edək ki, respublikamızda sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi mövcuddur. Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyasının siyahısına daxil edilib.

Ekologiya.az

Chosen
38
ekologiya.az

1Sources