EN

Qara dənizdə süni ada tikiləcək

Yazını böyüt
Yazını kiçilt

Rusiya Qara dənizdə ilk süni adasını qurmağa hazırlaşır. Soçi sahillərində tikintisi planlaşdırılan bu nəhəng layihənin icrasına 2026-cı ildə başlanılacaq. Ümumi sahəsi 70 hektar olacaq ada turizm və əyləncə sahəsində bir çox əhəmiyyətli obyektlərə ev sahibliyi edəcək. Adada otellər, lüks mənzillər, idman və gəzinti meydançaları, musiqi və teatr səhnələri və Qara dənizi araşdırma mərkəzi olacaq.

Hafta.az-ın yazdığına görə, layihə çərçivəsində ümumi tikinti sahəsi 1,5 milyon kvadratmetrə çatacaq. Tikintini öhdəsinə götürən “Ostrov Pervıy” şirkətinin meneceri Bulat Şakirov bildirib ki, tikinti prosesinin birinci mərhələsində qoruyucu su qurğuları tikiləcək. Şakirovun sözlərinə görə, adanın əsas strukturu yaradılmazdan əvvəl ilk növbədə su və küləyin təsirindən qorunmaq lazımdır.

Adanın tamamlanmasının 2031-ci ilə qədər davam edəcəyi gözlənilir. Layihənin ümumi investisiya məbləğinin 1 trilyon rublu keçəcəyi (10 milyard dollar) və təxminən 12 il ərzində özünü ödəyəcəyi təxmin edilir.

Chosen
25
hafta.az

1Sources