![](https://www.nuh.az/uploads/posts/2025-01/thumbs/big_1738317484_gencv.jpg)
İstanbulda dəhşətli ailə faciəsi yaşanıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 17 yaşlı yeniyetmə atasını, anasını, bacısını və nənəsini odlu silahla qətlə yetirib.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım qrupları göndərilib. Aparılan araşdırmalar nəticəsində 71 yaşlı nənə, 43 yaşlı ata, 43 yaşlı ana və 12 yaşlı bacının həyatını itirdiyi müəyyən edilib.
Polis küçədə və binada təhlükəsizlik tədbirləri görərək araşdırmalar aparıb. Yeniyetmənin cinayətdən sonra evdən qaçdığı aşkarlanıb.
Qısa müddət ərzində axtarış aparan polis onu Bursada saxlayıb.