EN

İrəvanda “Qarabağ” mahnısını oxuyanlarla bağlı rəsmi məlumat – Fotolar


Xəbər verdiyimiz kimi, daha əvvəl Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxsin “Qarabağ” mahnısını ifa etməsinin kadrları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti sözügedən kadrlarla bağlı məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.
“Onlar İran vətəndaşları - Milad Kaqramaniəfşar, Bəhzad Qafari Şabanlı, Mehdi Məhəmmədi, Həmid Əzizi Məliki və Nadir Qafaridir. Kadrlara düşən şəxslər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olublar”, - Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.




Chosen
18
yeniavaz.com

1Sources