EN

Paşinyan Lukaşenkoya cavab verə bilmədi

Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh etməkdən imtina edib.

“Cebheinfo.az” xəbər verir ki, yanvarın 31-də keçirilən mətbuat konfransında Paşinyandan Belarus liderinin növbəti bəyanatına münasibət bildirmək istənilib.

“Hörmətlə bildirim ki, Lukaşenko ilə dialoqum bitdi. Mənim onunla daha mübahisə edəcəyim heç nə yoxdur”, - Paşinyan deyib.

Xatırladaq ki, bu yaxınlarda Lukaşenko 44 günlük müharibənin günahının Ermənistanda olduğunu bildirib.

Chosen
16
cebheinfo.az

1Sources