Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün irəliləməkdə davam edir, lakin hələ də bir sıra islahat və dəyişikliklərə ehtiyac var.
"APA-Economics” xəbər verir ki, bunu BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” seminarında çıxışı zamanı BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndirici ofisinin iqtisadçısı Hurşid Rüstəmov deyib.
O qeyd edib ki, bunlardan biri iqtisadi çağırışlarla bağlıdır. İxracın diversifikasiyasının artırılması və iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi vacibdir.
Digər məsələ insan amili ilə bağlı çağırışlardır: “Əmək məhsuldarlığının artırılması və təhsil sahəsində keyfiyyətin yüksəldilməsi tələb olunur”.
H.Rüstəmov həmçinin əlavə edib ki, ətraf mühit və iqlim dəyişikliyi sahəsində davamlı inkişaf üçün əlavə tədbirlər görülməlidir.