İstanbulda özünü polis kimi təqdim edən şəxs iki avtomobil sürücüsünü yol verməyə məcbur edib.
Medianews.az xəbər verir ki, həmin şəxs hadisə zamanı sürücüləri hədələyib.
“Mən polisəm, sizi kartof kimi əzərəm” deyə insanları hədələyən şəxs saxlanılıb. Polis bölməsindəki əməliyyatlar tamamlandıqdan sonra sövq edildiyi məhkəmə orqanları tərəfindən şübhəli sərbəst buraxılıb.
Hadisə anları saniyə-saniyə lentə alınıb.
Medianews.az