EN

25 plastik cərrahın lisenziyası ləğv edilib - İddia

Plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 25 həkimin lisenziyası ləğv edilib.

Yenisabah.az tribunainfo.az-a istinadla xəbər verir ki, bu məqsədlə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmalara və lisenziyaların ləğvinə səbəb son zamanlar ölüm hadisəsinin baş verməsi olub.

Lisenziyası ləğv edilən 25 plastik cərrahın kimliyi açıqlanmayıb.


Telegram kanalımız
Chosen
55
8
yenisabah.az

9Sources