EN

Fitch "Southern Gas Corridor CJSC"istiqraz reytinqini "BBB-" səviyyəsində təsdiq edib

Bakı. Trend:

“Fitch Ratings” “Souther Gas Corridor CJSC (SGS)”-nin təminolunmamış böyük avroistiqrazları üçün uzunmüddətli istiqrazreytinqini “BBB” səviyyəsində təsdiq edib.

Trend xəbərverir ki, bu reytinq, dövlət tərəfindən SGC avroistiqrazları üzrətam və vaxtında ödəniş zəmanətinin təmin edilməsini əks etdirir.Nəticədə, “Fitch” bu istiqrazların reytinqinin Azərbaycanın xaricivalyutada uzunmüddətli kredit reytinqinə (BBB-/Sabit) bərabərolduğunu hesab edir.

Reytinqin təsdiqlənməsi, Fitch-in SGC-nin 2026-cı ildə ödənişmüddəti bitəcək və Azərbaycan hökuməti (BBB-/Sabit) tərəfindən tamzəmanət verilmiş 2 milyard ABŞ dolları dəyərində avroistiqrazlarıilə bağlı dəyişməz mövqeyini əks etdirir.

Fitch, SGC avroistiqrazlarını Dövlət TəşkilatlarınınReytinqlərinin Qiymətləndirilməsi Kriteriyaları çərçivəsindəqiymətləndirir; bu zaman istiqrazların reytinqi əvvəlki təminolunmamış istiqrazlar üzrə verilmiş dövlət zəmanətlərinəəsaslanaraq Azərbaycan emitentinin uzunmüddətli və qısamüddətlireytinqlərinə bərabər tutulur. Bu isə dəstək üzrə məsuliyyət vədəstək üçün motivlər kimi faktorların qiymətləndirilməsindən asılıolmur, belə ki, zəmanət reytinqlərin bərabərləşdirilməsində başlıcaamil sayılır.

İstiqrazlar üzrə zəmanət Azərbaycanın qeyd-şərtsiz,şərtləndirilməmiş və geri çağırılmaz öhdəliyidir. Bu istiqrazlar,Azərbaycanın bütün cari və gələcək təminatsız borcları ilə eynimövqeni tutur

X: @Lyaman_Zeyn

Chosen
12
az.trend.az

1Sources