Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.“Ulusum”.az xəbər verir ki, Baş Prokurorluqdan verilən xəbərə görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Diqqət Çəkənlər
ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib
HAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib
Ədalət Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb