EN

Britaniyadan Ukraynaya 2 milyard funt sterlinq dəyərində yardım – Müdafiə naziri açıqladı

Ukraynanın Müdafiə naziri Rüstəm Ömərov ölkəsinə Böyük Britaniyanın yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, nazir yerli mətbuata deyib ki, Britaniyadan olan müttəfiqlərimizlə birlikdə Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edirik.

Onun sözlərinə görə, Böyük Britaniya 2 milyard funt sterlinq məbləğində hərbi yardım, eləcə də Ukraynada silah istehsalının genişləndirilməsi üçün dəstək olacaq: “Bu gün Ukrayna Nazirlər Kabineti bu vəsaitlərin ölkələrimiz arasında Çərçivə Sazişə uyğun olaraq yönəldilməsinə imkan verəcək qanun layihəsini dəstəkləyib. Dəstəyin əsas diqqəti hava hücumundan müdafiədir. Bundan əlavə, biz Ukraynada müasir silah və hərbi texnikanın təmiri və istehsalını təşkil edirik. Bu mühüm dəstəyə görə Böyük Britaniyaya təşəkkür edirik. Onun sayəsində Ukrayna qısa müddətdə səmamızı və bütövlükdə dövləti qorumaq üçün mühüm silahlar alacaq”.

“AzPolitika.info”

Chosen
21
azpolitika.info

1Sources