EN

İstanbulda hava çirkliliyi kritik səviyyəyə çatır

Bakı, TurkicWorld

Son günlər İstanbulda dumanlı hava şəraitinin artması ilə havanın çirklənməsi yenidən diqqət mərkəzinə düşüb.

TurkicWorld xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin hava keyfiyyətinin monitorinqinə dair məlumatlarına əsasən, şəhərdə müxtəlif bölgələrdə çirklənmə səviyyələri ölçülüb.

Hava keyfiyyət indeksi 0-50 arasında "təmiz (yaşıl)", 51-100 arasında "orta (sarı)", 101-150 arasında "həssas (narıncı)", 151-200 arasında "qeyri-sağlam (qırmızı)", 201-300 arasında "pis (bənövşəyi)", 301-500 arasında isə "təhlükəli (tünd qırmızı)" hesab edilir.

Ölçmələrə əsasən,
Ən aşağı çirklənmə: Beylikdüzü, Sultanqazi, Avcılar, Arnavutköy kimi bölgələrdə hava keyfiyyəti "yaşıl" səviyyədədir.
Orta səviyyədə çirklənmə: Şirinevler, Beşiktaş, Esenyurt, Aksaray, Kartal, Üsküdar, Tuzla kimi bölgələrdə hava keyfiyyəti "sarı" zonada qərarlaşıb.
Həssas çirklənmə (narıncı): Kadıköy (133), Sancaktepe (138) kimi ərazilərdə çirklənmə həssas səviyyədədir.
Qeyri-sağlam səviyyə (qırmızı): Göztepe D100 (174) bölgəsində hava çirkliliyi insan sağlamlığı üçün risk daşıyan səviyyəyə çatıb.

Mütəxəssislər xüsusilə astma və tənəffüs problemləri olan insanlara açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər. Hökumət və bələdiyyə qurumları havanın təmizlənməsi üçün tədbirlər görməyə çağırılır.

Chosen
50
turkic.world

1Sources