EN

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri elektron qaydada veriləcək

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti 08 noyabr 2024-cü il tarixdəiş icazəsinin elektron qaydada verilməsini nəzərdə tutan AzərbaycanRespublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədəqanunvericilik aktlarını imzalayıb.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, qanunvericiliyəedilmiş yeni dəyişikliyə əsasən əcnəbilərə və vətəndaşlığı olmayanşəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğulolmaq üçün iş icazələri Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlivəzifəli şəxsinin təkmil sertifikatlı gücləndirilmiş elektronimzası ilə təsdiqlənərək elektron üsulla veriləcək.

Qanun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) işicazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsinisaxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız haladüşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsinşəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyihüquqi şəxsin adı dəyişdikdə dövlət rüsumu ödənilmədən işəgötürəninhəmin icazəni elektron üsulla əldə etməsi imkanı təminolunacaqdır.

Xatırladaq ki, işəgötürənlər işə cəlb etmək istədikləri əcnəbivə ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almaq məqsədilə“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiyaxidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətinrəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçidetməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edəbilərlər.

Dövlət Miqrasiya Xidməti tərəfindən bu gündən etibarən müraciətedən işəgötürənlərə iş icazələri müraciət formasından asılıolmayaraq yalnız elektron qaydada təqdim ediləcək.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 ÇağrıMərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) vəya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-mailivasitəsilə müraciət edə bilərsiniz.

Chosen
29
5
az.trend.az

6Sources