EN

"İnsan alveri ilə mübarizədə internat uşaqlarının təhsili və işlə təminatı vacibdir" – Ruxsarə Axundova

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Könül Evi Aztəminatlı Ailələrə Yardım” İctimai Birliyinin sədri Ruxsarə Axundova QHT.az -a açıqlamasında internat uşaqlarının təhsili və sosial inteqrasiyasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

“Mən uzun illər Məzun evinin direktoru olmuşam və internat uşaqları ilə uzun müddət işləmişəm. Əsas məqsədimiz bu uşaqların gələcək həyatlarını daha yaxşı qurmaqdır. İnternat evlərində maarifləndirmə işlərini gücləndirmək, oradan çıxan qızların və oğlanların təhsilinə xüsusi diqqət yetirmək lazımdır,” – deyə Ruxsarə Axundova bildirib.

O, bu kateqoriyadan olan gənclərin işlə təmin olunmasının vacibliyini də qeyd edib: “Ailəsi olan insanlar bir təhər keçinə bilir, ancaq internat uşaqlarına xüsusi diqqət göstərilməlidir. Onların cəmiyyətə inteqrasiyası üçün yerli icra hakimiyyətlərinin dəstəyi mühüm rol oynaya bilər. Biz onların fəaliyyətindən geniş istifadə etməliyik.”

Qeyd edək ki, Ruxsarə Axundova və rəhbərlik etdiyi ictimai birlik uzun illərdir aztəminatlı ailələrə, internat uşaqlarına və məzun evində yaşayan gənclərə dəstək göstərir.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Chosen
24
qht.az

1Sources