Xaçmaz. Trend:
Xaçmaz rayonunda 2 fevral - Azərbaycan Güncləri Gününə həsredilmiş “Suveren Azərbaycanın qalib gəncləri” adlı tədbirkeçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, iştirakçılarəvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələridüzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xaçmaz Peşə Liseyinin və peşə təmayüllü siniflərin əlişlərindən ibarət sərgiyə baxış keçirilib.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əzizxatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev GənclərGünü münasibətilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərindəuğurlar arzulayıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən uğurlu gənclər siyasəti, imzalanan fərman və sərəncamlar,qəbul edilən Dövlət Proqramları gənclərin hərtərəfli inkişafı vəqabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar yaradıb.Xaçmaz rayonunda da gənclər Vətənə məhəbbət, milli-mənəvidəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhundatərbiyə olunur.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyev tərəfindənəsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyinibildirərək bu siyasətin müstəqil Azərbaycan dövlətininfəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimidəyərləndiriblər.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıqgöstərən gənclər Fəxri fərmanla təltif ediliblər.
Tədbirdə dövlət gənclər siyasəti ilə bağlı videoçarx nümayişetdirilib.
Yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramıiştirakçılarda xoş ovqat yaradıb.