Avropa Mərkəzi Bankının (ECB) İdarəetmə Şurası avro əskinasları üçün yeni dizayn seçir.
Bu barədə “APA-Economics” Avropa Mərkəzi Bankına (ECB) istinadən xəbər verir.
Məlumata görə, yeni dizayn üçün iki variant təklif edilib:
“Avropa mədəniyyəti: ortaq mədəni məkanlar” və “Çaylar və quşlar: müxtəliflikdə davamlılıq”.
Qeyd edilib ki, dizayn müsabiqəsi 2025-ci ildə başlayacaq, dizayn ilə bağlı yekun qərar 2026-ci ildə veriləcək.
İctimai sorğuların və ekspert qruplarının rəylərinə əsasən veriləcək. İlk yeni əskinaslar dizaynı ilə bağlı yekun qərardan və istehsal prosesindən bir neçə il sonra dövriyyəyə buraxılacaq.
![Avropa](https://apa.az/storage/news/2025/january/31/small/679cc1d6e3f7a679cc1d6e3f7b1738326486679cc1d6e3f78679cc1d6e3f79.jpg)