İstanbul Şəhər Teatrının aktyoru Sezai Altekin 79 yaşında dünyasını dəyişib. 1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsasən teatrda fəaliyyət göstərən aktyor “Tatar Ramazan”, “Paşa Gönlüm” və “İlişki Durumu: Karışık” kimi ekran işlərində də tamaşaçılarının qarşısına çıxıb. Xatırladaq ki, Sezai Altekinin özü qədər səsi də kifayət qədər sevilir və tanınır. Onun dublaj etdiyi bir-birindən maraqlı cizgi film qəhrəmanlarından ən məşhuru “Şirin Baba”, “Bugs Bunny” və “Barni Moloztaş”dır. Qeyd edək ki, aktyorun ölüm səbəbi ilə bağlı yaşından qaynaqlanan xəstəliklər olduğu bildirilir.