EN

Rusiya Baydenin Putinə sui-qəsd planı ilə bağlı ABŞ Konqresinə çağırış etdi...- araşdırılsın...

Image

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin parlamentin adından amerikalı jurnalist Taker Karlsonun iddiaları ilə bağlı ABŞ Konqresinə və BMT-yə müraciət göndərib. 

Qeyd edək ki, jurnalist Taker Karlson iddia edib ki, Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putini öldürməyə cəhd edib. Karlson sui-qəsd cəhdinin vaxtı, yeri və təfərrüatları ilə bağlı məlumat verməyib, lakin Bayden administrasiyasının bu addımları atdığını və "xaosu qoruyucu qalxan kimi” gördüyünü deyib. O, Baydenin prezidentliyinin son dövrlərində diqqətləri yayındırmaq üçün xaosa ehtiyac duyduğunu və Putinin ortadan qaldırılmasının da bu strategiyanın bir hissəsi ola biləcəyini iddia edib.

Duma deputatları adından ABŞ Konqresinə və BMT-yə müraciət edən V.Volodin ABŞ Konqresindən məsələ ilə bağlı araşdırmaya başlamağı tələb edib.

TAHİR





Chosen
16
baki-xeber.com

1Sources