EN

Azərbaycan informasiya məkanına qonşu ölkələrdən birindən müdaxilələr edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə vəhibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz səlahiyyətləriçərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlıtəhlillər aparır. Araşdırmalar zamanı Azərbaycan Respublikasınıninformasiya məkanına qonşu ölkələrdən biri tərəfindənəlaqələndirilmiş şəkildə dezinformasiya və informasiyamanipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub.

Trend xəbər verir ki, bubarədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərəqarşı müvəqqəti komissiyasının açıqlamasında bildirilib.

Məlumata görə, manipulyativ və koordinə edilmiş təbliğatınəsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdəaparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədiləAzərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktlarımüəyyən edilib.

"Kampaniyada “Facebook” platformasının Azərbaycan seqmentindəfəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılmasımetodundan da istifadə olunub. “Nə var, Nə yox?”, “BizimAzərbaycan”, “Azerbaijan Daily”, “Xəbərlər və Hadisələr”, “Yerlimedia” və sair adlar altında fəaliyyət göstərən səhifələrinümunə kimi göstərmək olar.

Misal olaraq, “Azərbaycan Hava Yolları” Qapalı SəhmdarCəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsininBakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən başvermiş qəza ilə bağlı internet resurslarda kütləvi formada aparılanmedia kampaniyasının təhlili zamanı hadisənin başvermə səbəbi iləbağlı reallığı əks etdirməyən yayındırıcı tezislərin “xəbər”resursları və internet botlar (Qeyd: avtomatlaşdırılmıştapşırıqları icra edən proqramlar) tərəfindən klasterlər formasındakütləvi surətdə yayıldığı aşkar olunub.

Digər bir taktika isə, təyyarə qəzası ilə bağlı AzərbaycanRespublikası vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarınaqarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan RespublikasıPrezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyiadından “deepfake” (Qeyd: süni zəka alətləri ilə yaradılanaudiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadəetməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyavətəndaşlarımızı diqqətli olmağa çağırır, cəmiyyətimizi məqsədli vəzərərli məlumatlardan qorumaq üçün ölkəmizlə bağlı aparılandezinformasiya kampaniyalarında tətbiq olunan müdaxilə taktikaları,təbliğat formaları və metodları ilə bağlı vaxtaşırı məlumatlaryayır.

Komissiyamız aidiyyəti dövlət qurumları ilə birgə bu cürinformasiya əməliyyatlarının qarşısının alınması istiqamətindəfəaliyyətini daha da artıracaqdır", - deyə açıqlaqmada qeydedilib.

Məqalədə:
Chosen
57
30
az.trend.az

10Sources