![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/31/1/e33378bc-1bfc-4dea-8a37-30cec26231b5/yarali-felestinliler.jpg)
Yaralı və xəstə qəzzalıların ilk qrupu 2024-cü ilin mayında faktiki olaraq fəaliyyətini dayandıran Rəfah keçidi vasitəsilə fevralın 1-də Misirə aparılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Birinci qrup yaralı və xəstə şənbə günü, fevralın 1-də Qəzzadan Rəfah keçidi vasitəsilə təxliyə ediləcək”, - məlumatda deyilir.