EN

Çip istehsalçısı 3000-ə qədər işçini ixtisar edəcək

Çip istehsalçısı "STMicroelectronics" şirkəti Fransa və İtaliyada 3000-ə qədər işçini ixtisar edəcək.

Fransa-İtaliya çip istehsalçısı "STMicroelectronics" şirkəti  iş yerlərinin sayını 2-3 min azaltmaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumatda qeyd olunub ki, şirkət işçilərinin 6%-i ixtisar edilə bilər.

Bildirilib ki, İtaliya və Fransada həm əmək müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, həm də kadr dəyişikliyi yolu ilə işçilərin sayının azaldılması gözlənilir. Lakin yekun qərar hələ verilməyib.

 

 

Chosen
43
operativmedia.az

1Sources