EN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin nəticəsi AÇIQLANDI

Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib. Seçkinin təşkili məqsədilə Dövlət Komitəsi nümayəndələrindən 4, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən Şuraya üzvlüyün say həddi 11 nəfər olaraq təsdiq edilib.

Viral.az xəbər verir ki, Seçki Komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarının 14 nəfər nümayəndəsi namizəd kimi qeydə alınıb.

Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 40 seçici rəsmi qeydiyyata alınıb. Onlardan 34  nəfər səsvermədə iştirak edib.

Son Yazılar:

Seçkinin yekunu olaraq İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:

1. Axundova Nigar Vəli qızı – Əhməd bəy Ağaoglu Milli araşdırmalar mərkəzi İctimai Birliyinin sədri;

2. Bəhramov Cəbi Əmirvar oğlu – AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru;

3. Bünyadzadə Könül Yusif qızı – AMEA-nın müxbir üzvü, fəlsəfə elmlər doktoru, Fəlsəfə və Hüquq İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor;

4. Əhmədov Tural Qara oğlu –  İlahiyyatçı;

5. Hüseynov Rizvan Nəcəf oğlu – Elmi tədqiqat “Qafqaz tarixi mərkəzi” İctimai Birliyinin sədri;

6. Məmmədov Fuad Teyyub oğlu – “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru;

7. Məmmədzadə İlham Ramiz oğlu – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor;

8. Məmmədova Səadət Həsən qızı – Əməkdar jurnalist;

9. Mirzəyev Ayaz Nizami oğlu – Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri;

10. Muradov İlkin Firdovsi oğlu – Regional İnkişaf İctimai Birliyinin baş mütəxəssisi;

11. Mustafayev Elnur Kərim oğlu – AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir”  şöbəsinin müdiri.

nij00200 1024x683jpg 31 01 2025 17 10 30

nij00197 1024x683jpg 31 01 2025 17 09 30

nij00140 1024x683jpg 31 01 2025 17 08 38

nij00144 1024x683jpg 31 01 2025 17 08 38

nij00147 1024x683jpg 31 01 2025 17 08 38

nij00157 1024x683jpg 31 01 2025 17 08 38

nij00161 1024x683jpg 31 01 2025 17 08 38

nij00189 1024x683jpg 31 01 2025 17 08 38

nij00096 1024x683jpg 31 01 2025 17 08 37

nij00097 1024x683jpg 31 01 2025 17 08 37

nij00108 1024x683jpg 31 01 2025 17 08 37

nij00115 1024x683jpg 31 01 2025 17 08 37

nij00119 1024x683jpg 31 01 2025 17 08 37

nij00121 1024x683jpg 31 01 2025 17 08 37

nij00125 1024x683jpg 31 01 2025 17 08 37

nij00137 1024x683jpg 31 01 2025 17 08 37

nij00093 1024x683jpg 31 01 2025 17 08 36

nij00084 1024x683jpg 31 01 2025 17 08 36

 

Chosen
40
17
viral.az

10Sources