EN

Azərbaycan və QDİƏT arasında regional və beynəlxalq məsələlər müzakirə edilib

Bakı. Trend:

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata əsasən, görüşdə,Azərbaycan-QDİƏT əməkdaşlığı, 2025-ci ilin birinci yarısındaAzərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuranregional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Nazir Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi vəirəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunuqeyd edərək, ölkəmizin Təşkilat çərçivəsində mövcud əməkdaşlığındaha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın regional iqtisadi, ticarət, enerji təhlükəsizliyi,nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindənbəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrinibirləşdirən “yaşıl enerji” dəhlizi layihəsinin, habelə “ortadəhliz”in inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdənolduğu qeyd edilib.

Təşkilat çərçivəsində enerji, yaxşı idarəçilik və digər işçiqruplar çərçivəsində birgə səylərin artırılması məsələləri nəzərdənkeçirilib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhsedən tərəflər, ötən il Azərbaycanda keçirilən bu mötəbər tədbirçərçivəsində yeni iqlim maliyyəsi hədəfi, karbon bazarları, İtki vəZərər Fondu ilə bağlı bir sıra vacib qərarların qəbulununəhəmiyyəti, iqlim fəaliyyəti üzrə QDİƏT-də birgə fəaliyyətinvacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regionalməsələlər müzakirə olunub.

Məqalədə:
Chosen
19
40
az.trend.az

10Sources