EN

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşları qəbul edib

Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Qusarda vətəndaşları qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə nazir öz "Facebook" hesabında yazıb.

"Bu gün Qusar şəhərində Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə görüşdük.

Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.

Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - paylaşımda qeyd olunub.

Chosen
20
hafta.az

1Sources