Bir çox elmi araşdırmalar və müşahidələr nəticəsində məlum olub ki, son illər ərzində cinsi aktivliyi artıran dərmanlara olan tələbat çoxalıb. Bu dərmanlar adətən xarici ölkələrdən ölkəmizə gətirilir. Lakin tibb işçiləri də bildirir ki, Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında hər il artım müşahidə olunur. Bu faktı əczaçılar, aptek satıcıları və androloq həkimlər də təsdiqləyirlər.
Bu preparatlar nə zaman və hansı dozada qəbul edilməlidir? Belə dərmanlardan istifadə ölüm riski yarada bilərmi? Ümumiyyətlə apteklərdə reseptsiz satılan bu dərmanlar insan orqanizminə hansı təsirlər göstərə bilər? Bu mövzu ilə bağlı həkim – androloq Saleh Babayev Referans.az" target="_blank">Referans.az -ın suallarını cavablandırıb. Həkim açıqlamasında bildirib ki, hazırda dünyada və ölkəmizdə kifayət qədər dərman satışı mərkəzləri və apteklər mövcuddur. Ümumiyyətlə xüsusilə bir sıra kişilər müxtəlif zamanlara bütün dünyada fərqli üsullardan istifadə edərək cinsi fəallığa can atıblar. Əfsuslar olsun ki, adətən cinsi aktivliyi artırmaq üçün insanlar apteklərə həkim məsləhəti olmadan müraciət edirlər və belə dərmanları alıb istifadə edirlər. Bu isə çox risklidir.
Həkim-androloq onu da diqqətə çatdırıb ki, belə dərmanlar digər dərmanlar kimi hər bir insan orqanizminə fərqli təsirlər göstərə bilər. Xüsusilə də ürək xəstəliyi, şəkərli diabetdən və digər patoloji xəstəliklərdən əziyyət çəkən adamlar üçün belə dərmanlar tövsiyyə olunmur. Ümumilikdə isə istənilən şəxs bu preparatlardan istifadə etməzdən öncə mütləq bu sahə üzrə ixtisaslaşmış həkimə müraciət etməlidir. Əks halda hətta bu dərmanlardan özbaşına istifadə ölümə də səbəb ola bilər. Çünki hər orqanizm dərmanlara qarşı eyni reaksiyanı vermir. Bu məsələ olduqca individual məsələdir.
Hazırda dərman arsenalı hazırda dünyada çox geniş miqyasda mövcud olduğu üçün insanlar da bundan kortəbii şəkildə istifadə edirlər. Bəzən bu dərmanları adətən hansısa şəxslər sadəcə dost və tanışlarının məsləhəti ilə alıb istifadə edirlər. Bu isə birmənalı olaraq yolverilməzdir. Hətta tarixə nəzər salsaq belə dərmanlardan özbaşına istifadə zaman-zaman insan ölümlərinə gətirib çıxarıb.
"Xüsusilə qeyd etmək istəyirəm ki, cinsi problemləri olan şəxslər qəti şəkildə bu problemi təkbaşına və həkim məsləhəti olmadan həll etmək fikrindən uzaq durmalıdırlar. Bəzən cinsi zəifliyin səbəbi sadəcə psixoloji amillərdən irəli gəlir. Buna görə də fiziki problemləri olmadığını bilməyən şəxslər hədər yerə orqanizmlərini bu dərmanlarla yükləmiş olurlar. Bir çox hallarda psixoloji səbəblərdən əmələ gələn cinsi zəifliyi həkim mütəxəssislərin düzgün müalicəsi nəticəsində heç bir dərman vasitəsindən istifadə etmədən də həll etmək mümkündür",- deyə həkim qeyd edib.
Bünyamin Bünyadzadə
Referans.az" target="_blank">Referans.az