EN

Bayramdan və gözəl havadan istifadə edən istanbullular Ayasofya məscidinə axın edib



Semestr tətilini İstanbulda keçirən yerli turistlər Ayasofya məscidinə axın edib. Həm gözəl havadan, həm də bayramdan istifadə edən vətəndaşların tarixi məscid qarşısında yaratdığı izdiham havadan görünüb.

Bir çox istanbullu semestr tətili üçün doğma şəhərlərinə və ya istirahət mərkəzlərinə getdiyi üçün şəhərdə sakit günlər hökm sürür. İnsan sıxlığının və nəqliyyatın azaldığı şəhərdə vətəndaşlar tarixi və turistik yerlərə axın edib. İstanbullularla yanaşı əcnəbi turistlərin də üz tutduğu Ayasofya və Sultanahmet meydanları günorta saatlarında izdihamlı olub.
Ayasofya və Göy Məscidi ziyarət edən yerli və xarici turistlər bollu foto və videolar çəkdirdilər. Cümə namazı vaxtı Ayasofya məscidinə gələn vətəndaşlar metr uzunluğunda növbə yaradıblar. Həm gözəl havadan, həm də bayramdan yararlanan yerli turistlərin sıx olduğu tarixi məscid havadan görüntülənib.

aia.az
Tərcümə şöbəsi



Chosen
33
aia.az

1Sources