EN

Yeddi mindən çox şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb VİDEO

Ötən il vergi borcuna görə 7 mindən çox şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Bunu  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmisi Elxan İsayev “Xəzər Xəbər”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən il ərzində xidmət  tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib.

Xezerxeber.az-ın məlumatına görə, Elxan İsayev həmçinin bildirib ki, cinayət tərkibi yaradan materiallar da aidiyyəti istintaq orqanına göndərilib.

Qeyd  edək ən çox  vergi  borcu  Bakı şəhəri  üzrə  qeydə  alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
26
xezerxeber.az

1Sources