EN

Beynəxalq Türk Dövlətləri Universiteti qurulub

Bakı, TurkicWorld

Daşkənddə Beynəxalq Türk Dövlətləri Universiteti qurulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar məlumat verib.

“Özbək qardaşlarımızla apardığımız danışıqlar müsbət nəticələndi və bu gündən universitetimiz quruldu. Adı Beynəlxalq Türk Dövlətləri Universitetidir”,- deyə Özvar bildirib.

Özvar, bu universitetin iki dövlətin ali təhsil şuralarının arasında olan anlaşma memorandumu əsasında qurulduğunu qeyd edib.

Azərbaycandan sonra Özbəkistanda qurulan universitetin də türk dünyasına xidmət edəcəyini vurğulayan Özvar, Türkmənistanla danışıqların davam etdiyini və eyni zamanda digər universitetləri də ora köçürmək istədiklərini bildirib.

Qeyd edək ki, 50 universitet rəqəmsal və süni intellektə əsaslanan proqramlarla təmin ediləcək.

Chosen
62
turkic.world

1Sources