EN

Rusiya əhalisinin sayı açıqlandı

  Rusiya əhalisinin sayı 2025-ci il yanvarın 1-nə 146 milyon 28 min 325 nəfər olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb .

Əhali artımı daha çox Moskva və Leninqrad vilayətləri, həmçinin İnquşetiyada qeydə alınıb.

Yanvarın 30-da Rusiya Federasiyasının səhiyyə nazirinin birinci müavini Viktor Fisenko bəyan edib ki, Rusiyada doğum səviyyəsi ölkənin müasir tarixində ən aşağı göstəricilərdən biri olan 2000-ci ilin göstəricilərinə yaxınlaşıb.  

Chosen
23
2
referans.az

3Sources