EN

Almaniyada immiqrasiya siyasətini sərtləşdirən qanun layihəsi RƏDD EDİLDİ

Bundestaq immiqrasiya siyasətini sərtləşdirən qanun layihəsini rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Bildirilib ki, 338 deputat qərarın lehinə, 350 deputat əleyhinə səs verib, 5 deputat isə bitərəf qalıb.

Mühafizəkarlar bloku CDU/CSU tərəfindən səsə qoyulan təşəbbüs federal polisin Almaniya hakimiyyətinin ölkəni tərk etmək əmri verdiyi əcnəbiləri ölkədən çıxara bilməsini nəzərdə tuturdu.

Qeyd edək ki, yanvarın 29-da Bundestaq mühafizəkarlar tərəfindən təklif edilən beş bəndlik sənədi ilkin olaraq təsdiqləyib. Bu sənədə digər məsələlərlə yanaşı, daimi sərhəd nəzarətinin tətbiqi, sığınacaq axtaranların sərhəddə rədd edilməsi imkanları və Almaniyanı tərk etmək əmri verilmiş əcnəbilərin saxlanması daxildi

Bizim.Media

Chosen
26
3
bizim.media

8Sources