EN

Bakıda sərnişin avtobusu qəzaya düşüb VİDEO

Ötən gecə avtobusun iştirakı ilə ağır qəza baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Hərəkətdə olan avtobus meyvə-tərəvəz dükanını dağıdaraq arxa tərəfdəki həyətyanı sahəyə daxil olub.

Sahibkarın sözlərinə görə, obyekt 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Mağazada əsasən ərzaq məhsulları satılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəzada sürücüdən başqa xəsarət alan olmayıb.

Sürücünün son vəziyyəti ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”ə bildirilib ki, Haşım Babayev qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Məsələ ilə bağlı "BakuBus" MMC-dən bildirilib ki, ilkin ehtimala görə, hadisə sürücünün sükan arxasında səhhətinin pisləşməsi səbəbindən baş verib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb.

Qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
30
xezerxeber.az

1Sources