EN

FIFA və "Adidas" Klublararası Dünya Çempionatının topunu təqdim edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və "Adidas" şirkəti 2025-ci ilin yayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək FIFA Klublararası Dünya Çempionatının rəsmi oyun topunu təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Adidas" şirkətinin sosial şəbəkə hesabında dərc edilib.
Məlumat üçün əlavə edək ki, çempionat 2025-ci ildə 32 komandanın iştirakı ilə keçiriləcək.
Turnirdə UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi - ABŞ-dən 1 klub iştirak edəcək.
Qeyd edək ki, indiyədək çempionat altı komandanın iştirakı ilə təşkil olunurdu.
Chosen
20
25
oxu.az

10Sources