EN

"Neftçi" "Şamaxı"nı məğlub etdi

"Neftçi" Misli Premyer Liqasında "Şamaxı"nı məğlub edib.   Manset.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib. 45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır. Günün ilk matçında "Kəpəz" "Sabah"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Chosen
40
18
manset.az

10Sources