EN

Braziliyanın Trampın vergi elanına qisas cavabı

Braziliya prezidenti Trampın Braziliya məhsullarına yüksək gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı açıqlamalarını dəyərləndirib. Lula da Silva Braziliyanın Trampa eyni şəkildə cavab verəcəyini və ABŞ-dan ixrac edilən məhsullara vergi tətbiq edəcəyini bildirib.

Yanvarın 28-də verdiyi açıqlamada ABŞ prezidenti Tramp "Amerikaya zərər verənlərə yüksək tariflər tətbiq edəcəyini" söylədi və bunların arasında Çin, Hindistan və Braziliya kimi ölkələrin olduğunu qeyd etdi.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva paytaxt Braziliyada təşkil etdiyi mətbuat konfransında verdiyi açıqlamalarda Trampın Braziliya məhsullarına yüksək gömrük rüsumları tətbiq edəcəyi təqdirdə atacaqları addımları açıqlayıb.

Chosen
15
kommersant.az

1Sources