EN

Super Liqa: “Sivasspor” uduzdu, “Konyaspor” qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Eyüpspor” “Sivasspor”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Dörd qolun vurulduğu “Konyaspor” – “Bodrumspor” matçında da Konya təmsilçisi inamlı qələbəyə sevinib.

22-ci turun qalan görüşləri 1-3 fevral aralığında keçiriləcək.

Türkiyə, Super Liqa
22-ci tur
31 yanvar

Eyüpspor – Sivasspor 1:0
Qol: Tiam, 89.

Konyaspor – Bodrumspor 3:1
Qollar: Y.Erdoğan, 6. Kramer, 36; 55 – Slovik, 69-öz qapısına.

1 fevral

14:30. Hatayspor – Antalyaspor
17:00. Kayserispor – Trabzonspor
20:00. Başakşəhər – Samsunspor

2 fevral

14:30. Adana Dəmirspor – Kasımpaşa
17:00. Göztəpə – Alanyaspor
20:00. Fənərbaxça – Rizəspor

3 fevral

21:00. Qaziantep – Qalatasaray

Chosen
39
arena.az

1Sources