EN

Colani Əsədin Rusiyaya qaçırdığı milyardları geri tələb edir...

Image

Azər Həsrət: "Hələ Rusiya öz vəhşi təbiətindən irəli gələrək, Suriyadan nəsə qoparmağa çalışacaq..."

Rusiyanın dəstəklədiyi Əsəd rejimi Suriyada çökdükdən sonra rus qoşunları ölkə ərazisində qalsa da, bu iki dövlət arasında müəyyən narazılıqların olmasi təbiidir. Bu narazıliqların çözülməsi məqsədi ilə Dəməşq-Moskva danışıqları davam edir. Danışıqların tam təfərrüatı aydın olmasa da, tərəflərin amacı məntiqi olaraq da aydındır.

Yanvarın 28-də Rusiya nümayəndə heyəti Dəməşqə səfər edib. Rusiya nümayəndə heyətinə daxil olan xarici işlər nazirinin müavini Mixail Boqdanov və Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ilə 3 saat davam edən danışıqlar aparıblar.

"Reuters" agntliyi xəbər verir ki, Suriyanın faktiki lideri Əhməd Şaraa Rusiya nümayəndə heyətindən Əsədin Suriyaya təhvil verilməsini tələb edib. Şaraa həmçinin vətəndaş müharibəsi zamanı Əsədi dəstəkləyən Rusiyadan Dəməşqin etibarını qaytarmaq üçün Suriyaya təzminat ödəməsini, ölkənin yenidən qurulması və bərpasına töhfə vermək üçün konkret addımlar atmasını tələb edib. 

Colaninin Rusiyadan təzminat tələbi əslində Əsədin ölkədən qaçırdığı pulları geri qaytarmaq istəyi deyilmi?

Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, Suriyanın yeni rəhbərliyinin bu tələbi haqlıdır: "Ümumiyyətlə Rusiya Suriyadakı qansiz Əsəd rejiminin ayaqda qala bilməsi üçün əlindən gələni edib, ona hər cür dəstək verib. Qardaş Türkiyə həmin illərdə Əsədin devrilməsi və ya ölkədə vəziyyətin düzəlməsi üçun çoxlu cəhdlər edib. Türkiyənin bu fəaliyyətinə manie olan yeganə dövlət Rusiya idi. Rusiya heç bir dəxli olmadan burnunu Suriyaya soxmuşdu, bundan da əziyyət çəkən Suriya xalqı oldu. Yüz minlərlə insan məhv edildi, milyonlarla suriyalı mühacirət etdi, ölkənin əmlakı talan edildi, vətəndaşlar müflisləşdi və bütün bunlarda Rusiya yaxından iştirak edib. Ona görə də Suriyanın indiki rəhbəiyinin Rusiyadan təzminat tələb etməsi tam yerinə düşür. 

Birincisi, Rusiya Suriyaya vurulan ziyana görə təzminat ödəməlidir, ikincisi isə Bəşər Əsədin qaçırdığı sərvəti xalqa qaytarmalıdır. Çünki Bəşər Əsədin apardıqları şəxsi əmlakı deyil, bu Suriya vətəndaşlarının sərvətidir, əlbəttə, sahibinə qaytarılmalıdır. Rusiyanın bunu edib-etmeyəcəyi isə zaman məsələsidir. 

Əgər Rusiya Suriya xalqına xoş münasibət bəsləmək və gələcəkdə münasibətləri davam etdirmək istəyəcəksə, əlbəttə, Colani hökumətinin tələblərini yerinə yetirməlidir. Lakin nəzərə almalıyıq ki, Rusiya özünün çox zərərli, məntiqə uyğun olmayan, eyni zamanda, başqa xalqlara ziyanlı siyasəti ilə fərqlənir. Bu baxımdan Rusiyanın nəyinki təzminat ödəməsi, heç Bəşər Əsədin qaçırdığı sərvətin belə qaytarılmasından danışa bilməyəcəyik. Yəni Rusiyanın Suriyaya nəyisə qaytarması sual altındadır. Hələ Rusiya öz vəhşi təbiətində irəli gələrək Suriyadan nəsə qoparmağa çalışacaq, nədənsə faydalanmaq istəyəcək, nəyinki Suriyaya təzminat ödəsin və ya Əsədin qaçırdığı varidatı geri qaytarsın. Amma istənilən halda Rusiya Suriya ilə yenidən münadibət qurmaq istəyirsə, bu faktor onun əl-ayağına dolaşacaq. Rusiyanın da təcavüzkar və qaniçən mahiyyətini nəzərə alsaq, onun Dəməşqə nəyisə qaytaracağını proqnozlaşdıra bilmərik".

Dəniz NƏSİRLİ





Chosen
15
baki-xeber.com

1Sources